Türkiyənin "Tayfun" ballistik raketinin uçuş məsafəsi 1000 kilometrə çatıb. SİA xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
“Tayfun” raketinin uçuş məsafəsi 560 km elan edilib... Ancaq indi mənə dedilər ki, 1000 kilometrə çatmışıq”, - deyə Ərdoğan bildirib.
Oktyabrın əvvəlində keçirilən sınaqlar zamanı raket 561 km məsafə qət edib. Silah qısa mənzilli ballistik raket sinfinə aiddir və ölkənin ən uzun mənzilli raketi hesab olunur. Türkiyə mətbuatının məlumatına görə, raket Türkiyənin bu sahədə ixtisaslaşmış ROKETSAN şirkəti tərəfindən istehsal edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB