Xəbər verdiyimiz kimi, Argentina Qətərdə keçirilən 2022-ci il dünya çempionatının qızıl medallarını qazanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Argentina dünya çempionu titulunu qazanmaqla, 35 milyon funt-sterlinq əldə edəcək. Bu isə Azərbaycan ekvivalenti ilə 72 256 800 manat deməkdir.
Qeyd edək ki, hazırkı məbləğ dörd il əvvəlki məbləğdən 5,6 milyon funt-sterlinq artıqdır.
Ümumilikdə FİFA turnirdə 32 ölkə üçün 362 milyon funt-sterlinq ayırıb.
Qeyd edək ki, Argentina millisi Fransanı məğıub edərək tarixində üçüncü dəfə munidalın qalibi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB