Gürcüstan vətəndaşları çobanı bıçaqlayıblar

Gürcüstan vətəndaşları çobanı bıçaqlayıblar

Azərbaycan sərhədini oğurluq məqsədi ilə pozan Gürcüstan vətəndaşları çobanı bıçaqlayıblar. SİA-nın Qərb bürosunun məlumatına görə, hadisə Çeyrançöl adlanan ərazidə, Gürcüstan-Azərbaycan sərhədində qeydə alınıb.

Həmin ərazidə çobanlıqla məşğul olan 1969-cu il təvəllüdlü İsmayılov Alı İsmayıl oğlu bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, hadisəni törədən şəxslərin Gürcüstan vətəndaşları olduğu bildirilir. Belə ki, onlar sərhədi qanunsuz keçərək mal-qara oğurlamaq məqsədi ilə Çeyrançöl ərazisinə gəliblər.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə