Şoyqu Ukraynada cəbhə bölgəsinə gedib

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Cənub Hərbi Dairəsinə işgüzar səfər edib və Ukraynada hərbi əməliyyatlar aparılan ərazilərdə qoşunların qruplaşdırılmasına baxış keçirib. SİA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin yaydığı kadrlarda Şoyqu helikopterlə qoşunların yerləşdirildiyi əraziləri gəzir, Ukraynanın işğal altındakı bölgəsində Rusiya bölmələrinin ön mövqelərini, istehkam və müdafiə xətlərini yoxlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə