İrlandiyanın yeni baş naziri təyin olunub

İrlandiya Prezidenti Maykl Higgins növbədənkənar iclasda toplanan ölkə parlamentinin əksəriyyətinin namizədliyi əsasında “Fine Gel” partiyasının lideri Leo Varadkarı Baş nazir təyin edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, “Fine Gel” və “Fianna foyl” partiyalarının koalisiya hökumətinin əvvəl əldə etdiyi razılaşmaya uyğun olaraq Varadkar kabinetin rəhbəri Mixol Martini əvəz edib.

M. Martini Saymon Koveninin əvəzinə baş nazirin müavini və xarici işlər naziri postunu tutacaq.

Qeyd edək ki, Varadkar ikinci dəfədir ki, baş nazir kürsüsündə oturur. O, artıq 2017-ci ildən 2020-ci ilə kimi bu vəzifədə olub.

Bütün xəbərlər Facebook səhifəmizdə