Zooparkdan qaçan 4 şimpanze güllələnib - FOTOLAR

Zooparkdan qaçan 4 şimpanze güllələnib - FOTOLAR

İsveçdə Furuvik zooparkından qaçan 4 şimpanze güllələnib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə zooparkın direktoru Sandra Uilke xəbər verib.

Onun sözlərinə görə, meymunlar həm parkda, həm də parkdan kənarda insanlar üçün ciddi təhlükə yarada bilərdi.

“Meymunlarımız çölə çıxa bilirlər. Onda bu kritik vəziyyətdir və sonra öldürmək məqsədiylə güllələməkdən başqa çarə qalmır... Baş verənlər faciədir. Bütün bu vəziyyət bizi son dərəcə kədərləndirdi və bu, bizim tərəfimizdən ciddi uğursuzluqdur”, - deyə Uilke bildirib.

Hazırda zooparkda üç şimpanzenin qaldığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə