"Bayraktar TB2" PUA-larının satıldığı ölkələrin sayı AÇIQLANDI

"Bayraktar TB2" PUA-larının satıldığı ölkələrin sayı AÇIQLANDI

Türkiyənin “Baykar” şirkəti istehsal etdiyi "Bayraktar TB2" pilotsuz uçuş aparatlarını 26 ölkəyə satıb. SİA xəbər verir ki, bu barədə şirkətin rəsmiləri Türkiyə mətbuatına açıqlamasında bildirib.

Satış həyata keçirilən ölkələrin adları açıqlanmayıb. Azərbaycan ordusunun da istifadə etdiyi "Bayraktar TB2" əsasən Asiya və Afrikada yerləşən ölkələrə tədarük edilib.

Eyni zamanda şirkətin istehsal etdiyi daha böyük "Akıncı" pilotsuz uçuş aparatlarının satışı ilə bağlı 5 ölkəyə ilə müqavilə imzalanıb.

Şirkət 18 fərqli ölkəyə 1 milyard dollardan çox ixracat həyata keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə