Bolqarıstanın meteoroloqları şənbə günü ölkədə temperatur rekordu qeydə alıblar.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Darik Radio” məlumat yayıb.
Onun sözlərinə görə, ölkənin cənub bölgəsində yerləşən Haskovo şəhərində şənbə günü hava 19,8 dərəcəyə qədər isinib ki, bu da 1991-ci ildə qeydə alınan əvvəlki rekorddan 1,1 dərəcə yüksəkdir.
Sonra bu şəhərdə termometrlər dekabrın 17-də 18,7 dərəcəni göstərib.
“Havaların qeyri-adi istiləşməsinə səbəb güclü cənub-şərq küləyi olub. Yaxın vaxtlarda şaxtanın olacağı gözlənilir”, -bunu da meteoroloqlar bildiriblər.
2022-ci il ərzində Haskovo şəhərində temperatur rekordları 10 dəfədən çox keçib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB