Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya ilə danışıqlardan imtina etməsi ilə bağlı açıqlamaları çılğınlıq və məsuliyyətsizlikdir.
SİA-nın əldə etdiyi məlumata görə, bu fikri fransalı siyasətçi və Patriotlar hərəkatının lideri Florian Filippo deyib.
Qeyd edək ki, Florian Filippo Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya ilə danışıqlardan imtina etməsi ilə bağlı sözlərini dəlilik və məsuliyyətsizlik adlandırıb.
“Zelenski Rusiya ilə sülh danışıqlarından imtina etdiyini bir daha bəyan edir. Bu, tam dəlilik və məsuliyyətsizlikdir!”, – fransız siyasətçi bildirib.
Bundan əlavə, Filippo Ukrayna hakimiyyətini təhlükəli və korrupsioner adlandırıb. Nəticədə o, Qərb ölkələrini Ukraynaya silah və sursat verməyi dayandırmağa, həmçinin Kiyev rejimini maliyyələşdirməməyə çağırıb.
Üstəlik, siyasətçi əmindir ki, bu cür yardım yalnız rəsmi Kiyevin Ukraynadakı münaqişəni daha uzun müddətə uzatmaq istəyi ilə bağlıdır.
Nə deyəsən? Əgər bu siyasətdirsə, mən bu “siyasəti” heç çürük bir fındıqla da müqayisə etmək istəməzdim.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB