Prezident Aparatı sədrinin müşaviri Mixail Podolyak, Rusiya prezidenti Vladimir Putinin Belarusa səfəri zamanı tərəfdaşı olan Lukaşenkonu hücuma sövq edəcəyini deyir.
SİA-nın əldə etdiyi məlumata görə, Podolyak milli telemarafonun efirində dediyi kimi, bu gün Putinin statusu artıq dünənki status deyil.
Bu gün Putin heç kimə şərtlər diktə etmək iqtidarında deyil. Amma bu gün intellektual qabiliyyəti zəif, reallıqdan tamamilə uzaq olan bir şəxs hələ də müharibəni öz şərtləri ilə bitirməyə ümid edir.
Podolyak əlavə edib ki, Putin Belarusun “siyasi baxımdan bir dövlət kimi məhv olmasını” istəyir. Putinlə Lukaşenkonun Minskdə gözlənilən görüşünü şərh edən Podolyak qeyd edib: “Gündəm tamamilə banaldır: Belarus tərəfindən istənilən formada hücuma maksimum dəstək. Bu, informasiya kampaniyaları, təlim tədbirləri, hətta torpaq işğalı da ola bilər”.
Podolyak vurğulayıb ki, Lukaşenkonun bu müharibədə bilavasitə iştirakı ilə özünün intihar hökmünü imzalamış olacaq.
Putinin dekabrın 19-da Minskə səfərinin rəsmi məqsədi əvvəllər qəbul edilmiş birlik proqramlarının icrası prosesini müzakirə etməkdir. Bununla belə, Putin Lukaşenko ilə ayrıca görüş keçirəcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB