Türkiyə Yunanıstanı yenidən ittiham edib

Türkiyə Yunanıstanı yenidən ittiham edib

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, Yunanıstan Silahlı Qüvvələri NATO-nun beynəlxalq hava məkanında missiyası çərçivəsində Türkiyəyə məxsus döyüş təyyarələrini ələ keçirməyə cəhd edib.

Verilən məlumatına görə, Egey dənizi üzərində NATO-nun Nexus Ace təlim missiyasını döyüş təyyarələri, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus dəstək təyyarələri və erkən xəbərdarlıq təyyarələri həyata keçirib. Yunanıstan təyyarələri beynəlxalq hava məkanında müdaxilə etməyə çalışsalar da, missiya uğurla başa çatıb.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Türkiyə Müdafiə Nazirliyi bildirib.

Qeyd edək ki, NATO müttəfiqləri olan Türkiyə və Yunanıstan arasında münasibətlər son bir neçə ayda Egeydəki Oniki adaların statusu ilə bağlı mübahisəyə görə pisləşib. Uzun müddət Osmanlı İmperiyasının nəzarətində olan bu adalar 1912-1947-ci illərdə İtaliyaya məxsus olub, sonra isə Paris Sülh Müqaviləsi şərtlərinə əsasən Yunanıstana keçib. Ankara və Afina ərazi sularının və hava məkanının delimitasiyası ilə bağlı mübahisə edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə