"Almaniya Ukraynanın “ən qətiyyətli” tərəfdarlarından biridir"

Olaf Şolz: "2023-cü ildə Almaniya Ukraynaya silah tədarükündə təkbaşına hərəkət etməyəcək"
"Almaniya Ukraynanın “ən qətiyyətli” tərəfdarlarından biridir"

Almaniya kansleri Olaf Şolz Almaniyanın 2023-cü ildə Ukraynaya silah tədarükündə təkbaşına hərəkət etməyəcəyini bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bu barədə “Süddeutsche Zeitung” qəzetinə müsahibəsində bildirib.

Siyasətçinin qeyd etdiyi kimi, onun ölkəsi Ukraynanın “ən qətiyyətli” tərəfdarlarından biridir. O xatırladıb ki, alman tərəfi Kiyevi müasir silahlarla, məsələn, “Panzerhaubitze 2000” özüyeriyən haubitsaları, reaktiv yaylım atəş sistemləri (MLRS), “Gepard” özüyeriyən zenit silahları və ya müasir IRIS-T hava hücumundan müdafiə sistemi ilə təmin edir. Qeyd edək ki, bununla belə, Şolz Berlinin üç aydın prinsipə əməl etdiyinə diqqət çəkib. Nədir bunlar?

Birincisi, biz Ukraynanı mümkün qədər dəstəkləyirik.

İkincisi, Almaniya Rusiya ilə NATO arasında birbaşa qarşıdurmanın qarşısını alır.

Və üçüncüsü, almanlar təkbaşına hərəkət etməyəcəklər. Bu, bizim qətiyyətli və eyni zamanda balanslaşdırılmış siyasətimizin meyarıdır və gələn il də tətbiq olunacaq”.

Yeri gəlmişkən, Şolz almanların böyük əksəriyyətinin bunun düzgün olduğuna inandığı fikrini də bildirib.

Bundan əvvəl Şolz bildirib ki, Berlinin Kiyevə verdiyi silahlar Donbassda gedən döyüşlərdə vəziyyəti dəyişməyə imkan verir. Hazırda Ukraynada Rusiya Federasiyası Silahlı Qüvvələrinin xüsusi əməliyyatı davam edir. Bunu fevralın 24-də Rusiya prezidenti Vladimir Putin də bəyan edib. Onun sözlərinə görə, hərbi əməliyyatın məqsədi qonşu ölkəni demilitarizasiya etmək və onun hakimiyyətini denazifikasiya etməkdir.

Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə