"Bu rusdilli sakinləri sevdikləri dildə xəbər mənbəyindən məhrum edir"

"Bu rusdilli sakinləri sevdikləri dildə xəbər mənbəyindən məhrum edir"

Moskva Moldovada altı rusdilli telekanalın lisenziyasının dayandırılmasını görünməmiş siyasi senzura aktı kimi qiymətləndirir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şənbə günü yaydığı şərhdə deyilir.

“Biz bu qadağanı görünməmiş siyasi senzura aktı, media plüralizmi prinsipinə qarşı qəzəb və respublikanın siyasi rəhbərliyinin mütəmadi olaraq sadiqliyini bəyan etdiyi informasiya əldə etmək azadlığı hüququnun kobud şəkildə pozulması kimi qiymətləndiririk”.- deyə rusiyalı səlahiyyətli bildirib.

Qeyd edək ki, Rusiya Federasiyası müvafiq beynəlxalq təşkilatlardan Moldovada senzura ilə bağlı vəziyyəti düzəltmək üçün tədbirlər görməyi tələb edir.

Zaxarovanın sözlərinə görə, Moldova hakimiyyətinin qərarı respublikanın milyonlarla rusdilli sakinini daha çox sevdikləri dildə xəbər mənbəyindən məhrum edəcək.

“Rəsmi Kişinyov bu addımı ilə öz vətəndaşlarını Moldovada və dünyada baş verən hadisələrin “kifayət qədər düzgün” şərhindən qorumaq üçün xəyali narahatlıq arxasında gizlənərək, milyonlarla rusdilli sakini qəsdən ölkənin son xəbər məzmun mənbələrindən məhrum edir”.

Bunu da, təbii ki, Zaxarova bildirir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə