Drezden xəzinəsindən oğurlanan eksponatların bir hissəsi tapılıb

Drezden xəzinəsindən oğurlanan eksponatların bir hissəsi tapılıb

Almaniya hüquq-mühafizə orqanlarının əməkdaşları Drezden xəzinəsindən oğurlanmış Yaşıl Kassanın əhəmiyyətli hissəsini oğurluqdan üç il sonra aşkar ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə polis idarəsi və Drezden prokurorluğunun birgə bəyanatında deyilir.

Xatırladaq ki, 25 noyabr 2019-cu il tarixində baş vermiş xəzinəni oğurlamaq zamanı cinayətkarlar 17-18-ci əsrlərə aid almaz və zinət əşyalarını oğurlayıblar.

Prokurorluğun məlumatına görə, oğurlananların ümumi sığorta dəyəri ən azı 113,8 milyon avro təşkil edir. Qeyd edək ki, ilk şübhəlilər oğurluqdan yalnız bir il sonra həbs olunmuşdu.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının bəyanatında deyildiyi kimi, oğurlanmış malların əhəmiyyətli hissəsi “2022-ci il dekabrın 16-dan 17-nə keçən gecə Berlində” götürülüb.

İlkin hesablamalara görə, söhbət 31 əşyadan, o cümlədən almazdan hazırlanmış Polşa Ağ Qartal ordeninin ulduzundan gedir. Eksponatlar xüsusi polis qüvvələrinin mühafizəsi altında Drezdenə çatdırılıb, indi onların həqiqiliyi və təhlükəsizliyi yoxlanılacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə