Bu arada Moldovanın Fövqəladə Hallar Komissiyası öz ərazisində altı Rusiya telekanalının - Moldovada First, RTR, Accent TV, NTV Moldova, TV6 və Orhei TV-nin yayımını qadağan edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə şənbə günü, dekabrın 17-də, RBC xəbər verib.
Qeyd edək ki, bu telekanallar üçün Moldovada yayım lisenziyaları qeyri-müəyyən müddətə dayandırılıb.
Maraqlıdır ki, Moldova Respublikasının Baş naziri Nataliya Qavrilitsa bu qərarı, Rusiya telekanalları tərəfindən audiovizual xidmətlər məcəlləsinin çoxsaylı pozuntularına, habelə ölkədə vəziyyətin “qərəzli və manipulyasiyaya əsaslanan” əks olunmasına görə cəza kimi təqdim edib.
Qavrilitsa sosial şəbəkələrdə yazıb: “Ölkəmizə qarşı təkcə enerji müharibəsi deyil, həm də informasiya müharibəsi aparıldığı bir şəraitdə vətəndaşlarımızı, eləcə də ölkəmizi qorumaq öhdəliyimiz və hətta borcumuzdur”.
Yeri gəlmişkən, Moldova prezidenti Maia Sandu da informasiya məkanını qorumaq və beynəlxalq sanksiyalara məruz qalan insanların başlatdığı sabitliyi pozmaq cəhdlərinin qarşısını almaq üçün bu qərarı dəstəkləyib.
Bu ərəfədə məlum olub ki, Avropa İttifaqı Şurası Rusiyaya qarşı yeni doqquzuncu sanksiyalar paketini rəsmən təsdiqləyib, o cümlədən, bir sıra Rusiya telekanallarının Avropa İttifaqında yayımına qadağa da var. Belə ki, Avropa İttifaqında rusların NTV, NTV-Mir, Rossiya-1 və REN TV-yə qadağa qoyulub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB