Belarus gələn ilin fevralında Ukraynaya hücum edəcək

Belarus gələn ilin fevralında Ukraynaya hücum edəcək

Ukrayna Rusiya qoşunlarının Belarus ərazisindən 2023-cü il fevralın sonunda və ya bir qədər sonra hücuma keçəcəyini gözləyir.

SİA-nın əldə etdiyi məlumata görə, bu sözləri dekabrın 17-də Ukraynanın “Cənub” Əməliyyat Komandanlığının general-mayoru Andrey Kovalçuk deyib.

Ukrayna silahlı birləşmələrinin komandanlığı 2023-cü ilin fevralına qədər Rusiya qoşunlarının “Belarusdan” hücumuna hazırlaşdıqlarını bildirib.

“Biz fevralın sonunda, bəlkə də daha sonra Belarusdan mümkün hücumu nəzərdən keçiririk. Biz buna hazırlaşırıq. Biz onların güc və vasitələri harda topladıqlarına baxırıq”, - Kovalçuk bildirib.

Bununla yanaşı, general-mayor Ukrayna hərbçilərinin bu istiqamətdə müəyyən əraziləri minalamaqla “etibarlı mühafizə” hazırladığını da vurğulayıb.

Bununla belə, o, Qərbdən silah və sursatların tədarükü olmadan Ukrayna Silahlı Qüvvələrinin Rusiya qüvvələrini dəf edə bilməyəcəyinə də işarə edib.

Kovalçuk, Ukrayna tərəfinin daha çox kollektiv silaha, tank və təyyarələrə, eyni zamanda effektivliyi ən azı 95 faiz olan etibarlı hava hücumundan müdafiə sisteminə də ehtiyacı olduğunu bildirib.

Maraqlıdır ki, amma bütün bunlara baxmayaraq, Ukraynanın “Cənub” Əməliyyat Komandanlığının nümayəndəsi əmindir: Kiyev rejimi Rusiyanın xüsusi hərbi əməliyyat zamanı itirilmiş bütün əraziləri, o cümlədən Krımı gələn ilin əvvəlində qaytaracaq!

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə