Ukraynanın enerji obyektlərinə kütləvi zərbə endirildiyi açıqlanıb
Bu arada Rusiya Müdafiə Nazirliyinin bəyanatında, dekabrın 16-da Rusiya hərbçilərinin Ukraynanın hərbi komandanlıq və idarəetmə sistemlərinə, müdafiə sənayesinə və onları təmin edən enerji sisteminin obyektlərinə böyük zərbə endirdikləri deyilir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, kütləvi zərbə yüksək dəqiqlikli uzaqmənzilli hava və dəniz silahları ilə həyata keçirilib.
“Məqsədə nail olunub”, - Bunu Rusiya Müdafiə Nazirliyindən bildiriblər.
Rus saytlarının şəstlə yazdığına görə, rusların infrastruktur obyektlərinə bu zərbələrdən sonra “Ukrenerqo”nun fövqəladə vəziyyət elan etdiyi bildirilir.
Beləliklə, bunun nəticəsində Ukraynanın vahid enerji sistemi istehlakının 50 faizdən çox azaldığı deyilir ki, bu da sistemli qəza (qapanma) rejiminin başlanması deməkdir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB