Puşilin Ukraynada münaqişənin yeni təhlükəli mərhələsini elan edib
ABŞ-ın Ukraynaya “Patriot” komplekslərinin tədarükü münaqişədə yeni təhlükəli mərhələ olacaq.
SİA-nın əldə etdiyi məlumata görə, bunu DXR rəhbəri vəzifəsini icra edən Denis Puşilin bildirib.
Puşilin qeyd edib ki, dövlətlər tərəfindən Kiyev hərbçilərinə mümkün “Patriot” MANPADS-lərin tədarükü münaqişədə və “NATO-nun birbaşa müdaxiləsində” yeni təhlükəli mərhələyə çevriləcək.
Maraqlıdır ki, qorxusunu gizlətməyən Puşilin açıq qarşıdurmanın arzuolunmaz olduğunu da etiraf edib. Amma onun dediyinə görə, Vaşinqton və alyansın heç nə ilə hesablaşmadığını deyən Puşilin, əlavə edib ki, bunu guya Ukraynaya silah və muzdluların göndərilməsi də göstərir.
“DXR rəhbəri” belə qənaətə gəlib ki, əgər ABŞ hakimiyyəti məntiqli, ağılla düşünsəydilər, Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemlərinin çatdırılmasına icazə verməzdilər.
O da maraqlıdır ki, Puşilin ABŞ prezidenti Cozef Baydennin yalnız ölkənin Müdafiə Nazirliyinin ekspertləri ilə ətraflı məsləhətləşmələrdən sonra “Patriot”un tədarükünə razılıq verəcəyini deyir.
...İndi belə görünür ki, heç bir məsləhətləşmə-zad aparılmayıb. Hər halda aparsaydılar Puşilini məlumatlandırardılar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB