Minskdə yaşayış binasında partlayış - ölənlər var

Minskdə yaşayış binasında partlayış - ölənlər var

Belarusun paytaxtı Minsk şəhərində yaşayış binasında məişət qazının partlaması nəticəsində biri uşaq olmaqla 6 nəfər həlak olub. SİA xəbər verir ki, bu barədə Belarus İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, partlayış təxminən yerli vaxtla saat 03:30-da Şevçenko bulvarındakı yaşayış binasında baş verib.

Yaşayış binasından 20-dən çox insan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən təxliyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə