Yəməndə 3 nəfər minanın qurbanı olub

Yəməndə 3 nəfər minanın qurbanı olub

Yəmənin qərbindəki Hudeyda əyalətinin Hays rayonunda mülki vətəndaşlar minaya düşüb. SİA xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin mart ayından husilərə qarşı Yəmən hökumətinə dəstək verir.

Yəmən hökuməti və insan haqları hesabatlarına görə, 2014-cü ildə vətəndaş müharibəsi başlayandan bəri İranın dəstəklədiyi husilər ölkə daxilində 2 milyona yaxın mina basdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə