Avstriya Ukraynaya 5 milyon avro yardım göndərəcək

Avstriya Ukraynaya 5 milyon avro yardım göndərəcək

Avstriya Ukraynaya enerji infrastrukturunu bərpa etmək üçün 5 milyon avro ayıracaq. SİA xəbər verir ki, bu haqda “Kronen Zeitung” qəzeti Avstriyanın Ekologiya, Energetika, Nəqliyyat, İnnovasiya və Texnologiyalar Nazirliyinə istinadən yazır.

Nəşrin yazdığına görə, nazirliyin rəhbəri Leonore Qevessler maliyyə yardımını “həmrəylik aktı və Ukraynada zədələnmiş infrastrukturun belə mühüm bərpasına töhfə” kimi qiymətləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə