NATO üzvləri bu günə qədər göndərilən silahları işlək vəziyyətdə saxlamaq üçün kifayət qədər sursat və ehtiyat hissələri olduğundan əmin olmalıdırlar. SİA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq “France24“ə müsahibəsində deyib.
O qeyd edib ki, Ukraynaya əlavə sistemlərin göndərilməsi üzrə dialoq davam edir.
"Lakin çatdırılan bütün sistemlərin işlək olmasını təmin etmək getdikcə daha vacib hal yaradır”, - deyə baş katib qeyd edib.
Stoltenberqin sözlərinə görə, Ukraynanın Rusiya qüvvələrindən müdafiə olunması üçün daha çox silah istəməsi NATO-nun ehtiyatlarını azldıb.
“Biz həm çəkindirmə, həm də müdafiə üçün öz ehtiyatlarımızı artıra bilmək, həm də uzunmüddətli perspektivdə Ukraynaya dəstək verməyə davam etmək üçün hasilatımızı gücləndiririk”, - deyə o bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB