Rusiyalı muzdlu, “Vaqner” PMC qrupunun üzvü Andrey Medvedev “Vaqneritlərin” edam edildiyi on hadisədən xəbərdar olduğunu söyləyib.
Onun dediyinə görə, muzdlular Ukraynada hərbi əməliyyatlarda iştirakdan imtina etdikləri üçün edam ediliblər. İddialara görə, o, bir neçə edamda şəxsən iştirak edib. Medvedevin sözlərinə görə, tanıdığı edam edilən on nəfərdən ikisi keçmiş məhbuslar olmayıblar.
O bildirir ki, Alçevskdə (Luqansk vilayəti) döyüşməkdən imtina etdiklərinə görə öldürülən iki muzdlu əsgərin edamının videosu əlindədir. Medvedvev iddia edir ki, qaçdıqdan sonra onu “Vagner” PMC muzdluları təqib edirlər və xəbərdarlıq edir ki, ona bir şey olarsa, bu videolar yayımlanacaq.
SİA-nın əldə etdiyi məlumata görə, Medvedvev “Vaqner” PMC-nin təhlükəsizlik xidmətinin tabeliyində olan MED qrupunun rolunu təsvir edərək, bir edam hadisəsi haqqında daha ətraflı danışıb.
Onun dediyinə görə, yaralanaraq Pervomayska yaxınlığındakı xəstəxanaya gedən “Vaqneritlər”, oradan qaçmağa cəhd ediblər. Lakin ələ keçiblər.
Medvedevin sözlərinə görə, onun dəstəsindəki məhbuslar “hər həftə yenilənirdi”.
İtkilərdən asılı olaraq yenidən təchiz olunurduq. Mənim şöbəmdə 15 nəfər var idi, bu, döyüş tapşırığını yerinə yetirən hücum şöbəsi idi. Avqust ayından bizə əsirlər gəlməyə başladı. 4-cü tağım yaratdıq.
Amma bir neçə gün ərzində taqımdakı13 nəfərdən 3-ü qaldı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB