Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov “The Wall Street Journal” qəzetində Vladimir Putinin Ramzan Kadırova Ukrayna prezidenti Vladimir Zelenskini
aradan götürmək göstərişi ilə bağlı iddiaları qəti şəkildə təkzib edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Peskov bunu “tamamilə cəfəngiyyat” adlandırıb.
Qeyd edək ki, cümə günü səhər saatlarında “The Wall Street Journal” nəşri Ukrayna kəşfiyyatının məlumatlarına istinadən dərc etdiyi məqalədə Putinin hələ xüsusi hərbi əməliyyatın əvvəlində Çeçenistan rəhbərinə Kiyevdəki hökumət binalarını zəbt etməyi və Ukrayna prezidentini aradan götürməyi əmr etməsi barədə məqalə dərc edib.
...Putinin mətbuat katibi Dmitri Peskov isə, deyilənləri yalan adlandırır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB