Kursk vilayətinin Kuçerov kəndindəki ferma Ukraynadan atılan altı mərmiyə məruz qalıb, zərərçəkənlərin olmadığı deyilir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə vilayətin qubernatoru Roman Starovoytun Teleqram kanalında yazıb.
Kursk vilayətinin rəhbərinin dediyinə görə, ukraynalı millətçilər Belovski rayonundakı Kuçerov fermasına hücum ediblər. İlkin məlumata görə, tələfat olmayıb, yalnız iki evə və hasarlara ziyan dəyib.
“Bu gün Ukrayna Silahlı Qüvvələri Belovski rayonunun Kuçerov fermasını atəşə tutub. İlkin olaraq 6 atış olub. Ölən və yaralananlar olmayıb. Bununla belə, iki təsərrüfatda fasadlara ziyan dəyib, pəncərələr sınıb, hasarlar qismən dağılıb”, - məlumatda deyilir.
Xatırladaq ki, daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin atəşi nəticəsində Belqorod vilayətinin kəndlərindən birinin elektrik təchizatından məhrum olduğu bildirilmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB