Qırğızıstan: BMT-də Fəaliyyət Planı qəbul edildi

Qırğızıstan: BMT-də Fəaliyyət Planı qəbul edildi

Qırğızıstan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 77-ci sessiyasında “Dağlıq regionların inkişafı üzrə 5 illik Fəaliyyət Planı”nın qəbul edildiğini bildirib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Qırğızıstan Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada BMT Baş Assambleyasının 77-ci sessiyasında Qırğızıstanın təşəbbüsü ilə irəli sürülən “Dağlıq Bölgələrin İnkişafı üzrə 5 İllik Fəaliyyət Planı”nın qəbul edildiyi bildirilərək, bu qərarın Qırğızıstan daxil olmaqla dağlıq ölkələrin iqtisadiyyatına qrant yardımı verilməsi və bunun sərmayələrin cəlb edilməsi üçün geniş imkanlar təqdim edəcəyi qeyd edilib.

Xatırladaq ki, Qırğızıstan Prezidenti Sadir Çaparov sentyabrda BMT Baş Assambleyasının 77-ci sessiyasında dağlıq rayonların inkişafı üzrə 2023-2027-ci illər üçün 5 illik fəaliyyət planı ilə bağlı təşəbbüsünü açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə