Hindistanın baş naziri Narendra Modi ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “India Times” qəzetinin yaydığı xəbərdə bildirilib.
Hindistan Nazirlər Kabinetindən verilən açıqlamada Modinin Putinə Rusiya-Ukrayna müharibəsi ilə bağlı dialoqun əhəmiyyətinə diqqət çəkdiyi bildirilib.
Bəyanatda liderlərin enerji, ticarət, investisiyalar, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq və digər sahələr daxil olmaqla ikitərəfli münasibətlərin müxtəlif aspektlərini nəzərdən keçirdikləri qeyd olunub. Bəyanatda həmçinin liderlərin görüşləri davam etdirmək məsələsində razılıq əldə etdikləri vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB