Lukaşenko Rusiya tərəfdən məmundur

Lukaşenko Rusiya tərəfdən məmundur

Belarus və Rusiya sahibkarlıq subyektlərinin işləməsi üçün bərabər şərait yaratmalıdırlar. Belə bir arzunu Aleksandr Lukaşenko dekabrın 16-da Belarus-Rusiya əməkdaşlığına həsr olunmuş iclasda Rusiya tərəfinə səsləndirib.

Prezidentin sözlərinə görə, kənd təsərrüfatı müəssisələrinin, sənaye müəssisələrinin, xidmət şirkətlərinin və sairlərin bərabər şəraitdə işləməsi vacibdir. Xüsusilə, qaz və neftin qiymətləri bu bərabər şərtlərdə həddən artıq yüksək olmamalıdır.

“Ancaq bu, qətiyyən əsas məsələ deyil. Bunun heç bir əhəmiyyəti olmadığını deyə bilərsiniz. Əsas odur ki, enerji resursları və fəaliyyətimizin digər sahələri üçün ruslarla bizim bərabər qiymətlər olmalıdır. Əsas olan budur”.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “BELTA” yayıb.

Qeyd edək ki, bir müddət bundan əvvəl Aleksandr Lukaşenko, Belarus və Rusiya üçün qazın qiyməti eyni olmasını bildirmişdi.

Yeri gəlmişkən, Lukaşenko, Belarusun Moskva ilə hesablaşmalarda rus rublundan istifadə etməkdən də razılıq ifadə edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə