NATO ölkələrinin başçıları əmin edirlər ki, blok Rusiya ilə müharibə aparmır, amma reallıqda hər şey başqa cürdür. SİA-nın əldə etdiyi məlumata görə, bunu dekabrın 16-da Rusiya Federasiyası Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev özünün Teleqram kanalında yazıb.
Üstəlik, Medvedev əmindir ki, guya hamı bunu yaxşı başa düşür. Rusiyalı siyasətçinin sözlərinə görə, bu gün əsas sual belədir: Şimali Atlantika Alyansının Rusiyaya de-fakto elan etdiyi hibrid müharibəni NATO-nun Rusiyaya qarşı müharibəyə girməsi hesab etmək olarmı?
“Ukraynaya külli miqdarda silah tədarükünü Rusiyaya hücum hesab etmək olarmı?” – deyə Təhlükəsizlik Şurasının sədr müavini yazıb.
Xatırladaq ki, Dmitri Medvedev bildirib ki, düşmən ölkənin hərbi-siyasi rəhbərliyi hərbi münaqişə zamanı qanuni hərbi hədəfdir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB