Beləliklə, Rusiyadan alınan neftin qiymət tavanı qüvvəyə mindikdən sonra bəzi tanker sahibləri Rusiyanın ESPO markalı neftini Uzaq Şərq limanlarından nəql etməkdən imtina etməyə başlayıblar.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bəzi tanker sahibləri tədarük edilən ESPO neftini yükləməkdən ehtiyat etdiklərinə dair məlumatlar sığmaqdadaır.
Qeyd edək ki, bu, ESPO neftinin qiymətinin Qərb ölkələrinin qiymət tavanı çərçivəsində müəyyən edilmiş 60 dollar/barel qiyməti keçməsi ilə əlaqələndirirlər.
Bir daha xatırladaq ki, məhdudiyyətlər dekabrın 5-dən qüvvəyə minib və Kozmino limanında ilk 10 gündə tankerlərə bir ay əvvəlki analoji dövrlə müqayisədə iki dəfə çox neft yüklənib: 8,8 milyon barelə qarşı 4,4 milyon barel.
Onu da qeyd edək ki, Rusiyanın əsas ixrac brendi olan Urals nefti ilə bağlı belə problemlər yoxdur ki, bu da onun bir barelinin 60 dollardan aşağı qiymətə satılması ilə bağlı ola bilər.
Bu arada “Bloomberg”in məlumatına görə, ən azı iki iri gəmi sahibi - Çinin “China Cosco Shipping Corp” və Yunanıstanın “Avin International” şirkətləri artıq dekabrın 5-dən sonra Rusiya neftini ESPO-ya göndərməkdən imtina ediblər.
Təbii ki, onların yerini kiçik şirkətlər tuta bilər, lakin sığorta və çatdırılma üçün ödənişlə bağlı çətinliklər artmaqda davam edərsə, Uzaq Şərqdən neft ixracının daha da azalması riski yüksəkdir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB