Avropa İttifaqı ölkələrində antibiotik çatışmazlığı

Avropa İttifaqı ölkələrində antibiotik çatışmazlığı

Avropa İttifaqı ölkələrində antibiotik preparatlarının tədarükündə çətinlik çəkildiyi bildirilib.

Avropa Dərman Agentliyinin (EMA) rəhbəri Steffan Thirstrup bildirib ki, bir çox ölkələr müəyyən dərmanların, xüsusilə də amoksisillin aktiv maddəsi olan antibiotiklərin tədarükündə çətinlik çəkir.

Avropa İttifaqının 27 ölkəsindən 25-də antibiotik dərman qıtlığı yaşanır.

SİA-nın əldə etdiyi məlumata görə,Thirstrup buna son aylarda bu dərmanlara tələbatın artmasını, istehsalın işçi çatışmazlığı səbəbindən azalmasını səbəb göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə