Rusiya Bankının rəhbəri Elvira Nabiullina Mərkəzi Bankın direktorlar şurasının iclasından sonra keçirilən mətbuat konfransında Avropa İttifaqının embarqosu və Rusiya neftinin qiymətinin tavanı Rusiyadan ixracın perspektivini pisləşdirdiyini və rubla təzyiqi artırdığını deyib.\
Onun sözlərinə görə, embarqonun tətbiqi və Rusiya neftinin dəyərinin yuxarı həddi qlobal iqtisadiyyatda vəziyyətin pisləşməsi səbəbindən karbohidrogenlərin dünya qiymətlərinin aşağı düşməsi ilə üst-üstə düşüb.
“Uzun müddət aşağı qiymətlər və ya onların əlavə güclü enişi ixracatçıların daimi gəlir itkisinə, geosiyasi gərginliyin artmasına, sanksiyaların sərtləşdirilməsinə, Rusiya ixracatının perspektivlərinin pisləşməsinə və ticarət balansının daha sürətli azalmasına səbəb ola bilər”, - deyə Mərkəzi Bankın rəhbəri vurğulayıb.
Qeyd edək ki, Qərbin neft sanksiyaları dekabrın 5-dən qüvvəyə minib.
Onu da qeyd edək ki, daha əvvəl Mərkəzi Bankın ekspertləri xəbərdarlıq etmişdilər ki, Rusiya neftinin qiymətlərinin yuxarı həddi və Rusiya neftinin, eləcə də neft məhsullarının Avropaya dəniz ixracına qadağa qoyulması Rusiya iqtisadiyyatı üçün yeni şok olacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB