Krivoy Roqda enerji obyekti tamamilə dağıdılıb

Krivoy Roqda enerji obyekti tamamilə dağıdılıb

Rusiya hərbçilərinin səhər saatlarında Ukraynaya endirdiyi raket zərbəsi nəticəsində Krivoy Roqda enerji infrastrukturu obyekti tamamilə məhv edilib.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri telemarafonunun efirində şəhərin hərbi administrasiyasının rəhbəri Aleksandr Vilkul bildirib.

Verilən xəbərə görə, şəhər fövqəladə elektrik enerjisinin kəsilməsi üçün qrafik tətbiq edib. Su qismən generatorlar vasitəsilə verilir, su daşıyıcıları da işləyir, qaz sistemi tam olaraq generatorlarla təmin olunub, mobil rabitə stansiyalarının yarısı artıq generatora qoşulub, hazırda stansiyaların digər yarısının qoşulması işləri aparılır.

Ukrayna saytlarının yazdığına görə, raketin birbaşa yaşayış binasına düşməsi nəticəsində 8 nəfər yaralanıb ki, onların da 4-ü uşaqdır.

Öldürülənlər barədə hələ ki, xəbər yoxdur. Çünki xilasedicilər hələ də dağıntıları təmizləməkdədirlər, itkin düşənlər var.

Bir neçə raket var idi. “X” raketləri, bunlar təyyarələrdən atılan atışlardır.

Mənbənin sözlərinə görə, zərbə zamanı Krivbasın şaxtalarında 596 nəfər olub, xilasetmə əməliyyatı dördüncü saatdır davam edir və 246 nəfər artıq səthə çıxarılıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə