"Bayraktar Kızılelma" ABŞ-da yaxından izlənilir

"Bayraktar Kızılelma" ABŞ-da yaxından izlənilir

Türkiyənin ilk milli və orijinal olaraq hazırlanmış pilotsuz döyüş təyyarəsi "Bayraktar Kızılelma" Amerika Birləşmiş Ştatlarında (ABŞ) diqqət çəkməyə başlayıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

ABŞ-ın etibarlı jurnallarından olan "Newsweek" "Kızılelma"nın ilk uçuşunu "Ukraynanın pilotsuz uçuş aparatları (PUA) tədarükçüsü (Baykar) Pilotsuz "Supersonik" Qırıcı Təyyarəsini uğurla uçurdu" başlığı ilə oxuculara çatdırdı.

"Kızılelma" layihəsinin "Bayraktar TB2" ilə müqayisə edildiyi xəbərdə, ""Kızılelma" Ukraynanın Rusiyanın hücumunu dəf etmək üçün istifadə etdiyi "Bayraktar TB2" pilotsuz uçuş aparatlarından daha əhəmiyyətli bir irəliləyiş kimi görünür" deyilib.

"Forbes" jurnalı isə,"Türkiyənin 2023-cü ildə ilk uçuşlarını reallaşdırmasına ümid etdiyi uçuş aparatları" başlıqlı xəbərində "Baykar" şirkətinin hazırladığı "Kızılelma"ya da diqqət çəkib.

"Türkiyənin ilk reaktiv mühərrikli pilotsuz uçuş aparatı" olaraq xarakterizə edilən "Kızılelma" xəbərində "Baykar şirkəti iddia edir ki, o, xüsusilə aqressiv manevr qabiliyyəti və radara qarşı gizliliyi nəzərə alındıqda diqqət mərkəzində saxlanılması vacib olan güc olacaq" deyilib.

Xəbərdə "Çinin "J-20 Mighty Dragon" xəyalət qırıcısına bənzər peyk-delta konfiqurasiyasına malik olmaqla yanaşı, "Kızılelma" daxili silah bölməsinə malikdir və hətta havadan-havaya raketləri atəşləyə bilər. Bu, onu potensial olaraq düşmən pilotsuz uçan aparatlarından və ya helikopterlərdən qoruyur" deyə qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə