Bu arada Volqoqraddan və vilayətdən olan internet istifadəçiləri Yelanski rayonu ərazisinə düşən naməlum obyektləri əks etdirən videolar dərc etməyə başlayıblar.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Gazeta.ru” V1.ru nəşrinə istinadən xəbər verir.
Fövqəladə Hallar Xidmətindən nəşrə bildirilib ki, qəza yeri mühasirəyə alınıb və hazırda Fövqəladə Hallar Nazirliyinin və digər xidmətlərin əməkdaşları ora gediblər.
Qeyd edək ki, fövqəladə hallar xidmətindəki mənbə, “hələ ki, onun düşdüyünü bilmirik, ekspertlərin bunu anlayacağını düşünürük”-deyə bildirib.
Qeyd edək ki, mənbə itki və dağıntıların olmadığını vurğulayıb. Amma ağacların qırıldığını, ümumiyyətlə əraziyə nəsə düşdüyünü də etiraf edirlər.
Yelanski rayon administrasiyasının rəhbəri Dmitri Litvinov, hazırda xəstəlik məzuniyyətində olduğunu və buna görə də belə bir hadisə ilə bağlı heç bir məlumat almadığını deyib.
Ümumiyyətlə, Volqoqrad əhli müharibənin bu ərazilərə gəlib çatmasından ehtiyatlanırlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB