ABŞ müdafiə büdcəsinin sonuna doğru gedir

ABŞ müdafiə büdcəsinin sonuna doğru gedir

ABŞ Senatı müdafiə büdcəsi qanun layihəsini F-16-nın Türkiyəyə satışının şərtlərini istisna edən bəndlərlə təsdiqləyib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, büdcə Baydenin imzası ilə qəbul ediləcək. ABŞ 858 milyard dollarlıq rekord müdafiə büdcəsinin sonuna yaxınlaşır. Təxminən bir həftə əvvəl Nümayəndələr Palatasında səsə qoyulan qanun layihəsi 80 deputatın əleyhinə, 350 deputatın isə müsbət səsi ilə qəbul edilib.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə