Hindistan nüvə raketini sınaqdan keçirdi

Hindistan nüvə raketini sınaqdan keçirdi

Hindistan nüvə başlıqlı “Aqni-5” raketini sınaqdan keçirib. SİA xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat yayıb.

Qeyd olunur ki, 5 min kilometr mənzilli "Agni-5" raketi ölkənin şərqindəki Odişa əyalətində yerləşən Əbdül Kalam adasından buraxılıb.

Rəsmilər uzun mənzilli nüvə qabiliyyətinə malik qitələrarası ballistik raketin ölkənin müdafiəsinə dəyər qatacağını və milli təhlükəsizliyi gücləndirəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə