Rusiya prezidenti Vladimir Putin Ukraynada müharibəyə qarşı çıxan aktrisalar Çulpan Xamatova və Kseniya Rappoportu “Xeyirxahlıq dairəsi” Fondunun Himayəçilik Şurasından xaric edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, prezidentin müvafiq sərəncamı hüquqi informasiya saytında dərc olunub.
Putin Xamatova və Rappoportdan başqa, “Sevinc üçün Qocalıq” Fondunun direktoru Yelizaveta Oleskinanı və Dövlət Dumasının “Vahid Rusiya”dan keçmiş deputatı, hematoloq Larisa Feçinanı fondun qəyyumlar şurasından xaric edib.
Əvəzində prezidentin qəyyumlar şurasına pilot-kosmonavt Oleq Novitski, keçmiş xokkeyçi və Dövlət Dumasının “Vahid Rusiya”dan deputatı Vladislav Tretyak və uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanı daxil edib.
Xatırldaq ki, “Xeyirxahlıq dairəsi” fondu Vladimir Putinin təşəbbüsü ilə 2021-ci ilin əvvəlində yaradılıb. Məqsədi ağır və xroniki xəstəliklərdən əziyyət çəkən uşaqlara kömək etmək olub.
Yeri gəlmişkən Çulpan Xamatova və Rusiya kinosunun bir sıra digər nümayəndələri fevralın 26-da açıq şəkildə Ukraynadakı müharibənin əleyhinə çıxış ediblər. İki gün əvvəl Kseni Rappoport İnstaqram səhifəsində müharibə əleyhinə yazı dərc edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB