Yakutiyada fəal Ayxal Ammosov yoxa çıxıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, hadisənin dostları təsdiqləyiblər ki, Ayxal bir neçə gündür əlaqə saxlamır, yeri məlum deyil.
Ammosovun dostlarının dediyinə görə, Ayxalın Rusiyanı və ya Yakutiyanı tərk etmək fikri olmayıb və o səbirsizliklə ona qurrulacaq məhkəməni gözləyirdi. Lakin dekabrın 13-də Yakutsk Şəhər Məhkəməsinin iclasına gəlməyib.
Qeyd edək ki, Ammosovun Rusiya ordusunun dəfələrlə gözdən salınması maddəsi ilə cinayət təqibi avqustun 23-də məlum olub. İşin əsasını fəalın və onun rəfiqəsinin Yakutsk şəhərinin mərkəzində “Müharibəyə qarşı yakut pankartı” anti-müharibə pankartı asmaq cəhdi olub.
Sentyabrın 15-də Yakutsk Şəhər Məhkəməsi Ammosovu ardıcıl üçüncü dəfə inzibati həbs edib. Sentyabrın 14-də ittiham tərəfi fəalın həbs-qətimkan tədbiri seçilməsinə cəhd etsə də, məhkəmə bundan imtina edib. Bundan əvvəl Ammosov Nijnyaya Bestyaxa şəhər tipli qəsəbəsində müvəqqəti saxlama təcridxanasında inzibati həbsdə idi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB