Afrika İttifaqına G20-yə qoşulmaq üçün rəsmi dəvəti dekabrın 15-də Vaşinqtonda keçirilən ABŞ-Afrika sammiti zamanı ABŞ prezidenti Cozef Bayden edib.
“Mən Afrika İttifaqını G20-yə daimi üzv kimi qoşulmağa dəvət edirəm”. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Bayden sammit iştirakçılarına müraciət edərək bildirib.
Xatırladaq ki, dekabrın 13-də Vaşinqtonda 49 Afrika ölkəsinin liderlərinin iştirakı ilə Bayden sammiti başlayıb və bu sammit zamanı ABŞ-ın qitə ilə münasibətlərinə dair geniş spektrli məsələlər, o cümlədən Çinin sürətli iqtisadi ekspansiyası kontekstində müzakirə edilib.
ABŞ qarşıdakı üç il ərzində Afrika ölkələrinə 55 milyard dollar ayırmağa hazırlaşdığını da bildirib.
Onu da xatırladaq ki, G20 ölkələri dünya ÜDM-nin 80 faizini təşkil edir. Bu birliyə daxil olan yeganə Afrika ölkəsi Cənubi Afrikadır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB