Bu arada “UNİAN” ın verdiyi məlumata görə, Ukraynaya genişmiqyaslı işğala başlayan Rusiya ordusu bu dəfə də böyük itkilər verib.
SİA-nın Ukrayna saytlarına istinad edərək ötən gün, dekabrın 14-də Ukrayna hərbçilərinin daha 590 rus işğalçısını məhv etdiyi və beləliklə, fevralın 24-dən bəri məhv edilən Rusiya hərbçilərinin ümumi sayının 96 min 590 nəfərə yaxınlaşdığını bildirib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı həmçinin, dekabrın 13-də Ukrayna Müdafiə Qüvvələrinin Zaporojye vilayətində rus işğalçılarının silah-sursat anbarlarını və düşmənin bir neçə texnikasını məhv etdiyini bildirib.
Ukrayna saytları 200-dən çox rusiyalı hərbçinin yaralandığını yazır.
Ancaq Rusiya prezidenti Vladimir Putin həmvətənlərinə rus əsgərlərinin ölümü ilə bağlı “məntiqlı” əsaslar gətirir. O, müharibədə ölən rusların ölümünü yol qəzalarında və ya alkoqolizmdən ölənlərlə müqayisə edirb və hər şeyin “Rəbbin iradəsidir” –deyə əlavə edir.
Bu arada Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının xülasəsinə görə, son zamanlar ruslar istefada olan yaşlı zabitlərin xidmətindən yararlanır.
Yəni hazırda “Rusiyada döyüşə qocalar gedir”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB