ABŞ Ukraynaya ağıllı bombalar üçün avadanlıq ötürə bilər

ABŞ Ukraynaya ağıllı bombalar üçün avadanlıq ötürə bilər

ABŞ Ukraynaya idarə olunmayan təyyarə sursatlarını düşmən mövqelərini yüksək dəqiqliklə vura bilən “ağıllı” bombalara çevirən elektron avadanlıqlar verə bilər. Bu barədə Washington Post ABŞ-ın yüksək rütbəli rəsmilərinə istinadən yazır.

Birgə Birbaşa Hücum Sursatı (JDAM) adlanan avadanlıq dəsti qlobal yerləşdirmə qurğusunu (GPS) ehtiva edir və müxtəlif növ silahlara qoşula bilər. ABŞ ordusu bu texnologiyadan çəkisi 900 kq-a qədər olan hava bombaları üçün istifadə edib.

Nəşr qeyd edir ki, ABŞ prezidenti Cozef Bayden və ya onun milli təhlükəsizlik üzrə yüksək müşavirələrindən hər hansı birinin Birgə Birbaşa Hücum Sursatının Ukraynaya ötürülməsi təklifini təsdiq edib-etməməsi hələlik bəlli deyil.

Bu arada SİA-nın əldə etdiyi məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin arsenalından hansı sistemlərdə istifadə oluna biləcəyini də dəqiqləşdirməyiblər.

Amma fakt budur ki, Ukrayna ordusu çoxlu sovet tipli texnika ilə silahlanıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə