Ukraynada daha bir “Vaqneryan” qara çantada evə qaytarılıb

Ukraynada daha bir “Vaqneryan” qara çantada evə qaytarılıb

Ukrayna əsgərləri daha bir “Vaqnerian”ı – Zelenodolskda (Tatarıstan) bankı qarət etməkdə təqsirli bilinən keçmiş inkassator İqor Boqaçenkonu məhv ediblər.

“OSINT” (kəşfiyyat təşkilatı) eksperti İrakli Komaxidzenin sözlərinə görə, Boqaçenko artıq doğulduğu şəhərində dəfn edilib. Deyilənə görə, o, noyabrın 16-da öldürülüb.

Qeyd edək ki, Boqaçenko işlədiyi bankı qarət etdiyinə görə cəzasını çəkdiyi koloniyadan “Vaqner” PMC-yə keçirilib. 2015-ci ildə kollektor Boqaçenko xidməti silahdan partnyorunun ayağına atəş açıb və 68 milyon rubl cekpotla inkassator avtomobilinə minib qaçıb. Daha sonra polis Boqaçenkonu və onun əlaltılarını saxlayıb.

Sonradan Boqaçenko

14 il müddətinə azadlıqdan məhrum edilib. Təxminən 4 ay əvvəl keçmiş kollektor “Vaqner” PMC-nin təklifini qəbul edərək Ukraynaya gedib və oradan da qara çantada evə qaytarılıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə