Bu arada Litva və Polşa Avropa İttifaqının yeni anti-Rusiya məhdudiyyətlərinin qarşısını alıblar. Deyilənlərə görə, digər Baltikyanı ölkələr bu mövqeyi dəstəkləyiblər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Litva Xarici İşlər Nazirliyinin rəhbəri Qabrielius Landsberqis məlumat verib.
Yarım saat əvvəl Litva və Polşanın paketi qəbul etməyi dayandırdırdıqlarını deyən Landsberqis, müzakirənin Avropa Şurasına keçməsinin mümkünlüyünü istisna etməyib.
“Bu mövqe digər Baltikyanı ölkələr tərəfindən də dəstəklənir”. Qeyd edək ki, bunu Litva Xarici İşlər Nazirliyinin rəhbəri jurnalistlərə bildirib.
Xatırladaq ki, Avropa İttifaqı artıq səkkiz sanksiya paketi təqdim edib. Avropa İttifaqı üzvləri doqquzuncu paketi müzakirə edir. Əvvəllər Macarıstan anti-Rusiya sanksiyalarına qarşı çıxıb və bu, artıq Avropa İttifaqında parçalanmaya səbəb olub.
Bu arada “Life”, Avropa İttifaqında Türkiyənin sanksiyalara qoşulmaqdan imtina etməsindən narahatlıq bildirildiyi barədə yazıb.
Qeyd edək ki, yeni sanksiyalarda Rusiyanın pilotsuz təyyarələrə çıxışını məhdudlaşdırmaq və dörd kanalını dayandırmaq planlaşdırılırdı.
“MK.RU” saytı, Rusiya Xarici İşlər Nazirliyinin yeni məhdudiyyətlərə dərhal reaksiya verəcəyini bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB