Konqoda daşqınlarda həyatını itirənlərin sayı 140 nəfərə çatıb

Konqoda daşqınlarda həyatını itirənlərin sayı 140 nəfərə çatıb

Konqo Demokratik Respublikasının (KDC) paytaxtı Kinsaşada leysan yağışların səbəb olduğu daşqınlarda ölənlərin sayı 140 nəfərə yüksəlib.
SİA xəbər verir ki, hökumətdən verilən açıqlamaya görə, Kinşaşada 2 gündür yağan leysan yağışlarından sonra baş verən daşqınlar və torpaq sürüşmələrində həyatını itirənlərin sayının 140-a yüksəldiyi bildirilib.
12 nəfərin hələ də itkin düşdüyü bildirilən açıqlamada axtarış-xilasetmə işlərinin davam etdiyi vurğulanıb.
Təxminən 18 milyon əhalisi olan Kinşaşanın 24 məhəlləsində ciddi fəsadlar törədən daşqınlar nəticəsində 400 min evə ziyan dəyib, 300 ev dağılıb, çox sayda bölgədə torpaq sürüşməsi baş verib.
Təbii fəlakətdən sonra baş nazir Jan-Mişel Sama Lukonde ölkədə üç günlük matəm elan edib.
Qeyd edək ki, Kinsaşada 2019-cu ildə baş verən sel nəticəsində 40 nəfər həyatını itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə