“İran hökumətinin etdikləri qəbuledilməzdir”

“İran hökumətinin etdikləri qəbuledilməzdir”

Kansler Şolz, Belçikanın paytaxtı Brüsseldə keçirilən Avropa İttifaqının (Aİ) liderlər zirvəsi öncəsi İranda cərəyan edən hadisələr ilə bağlı açıqlama verib.

SİA-nın əldə etdiyi məlumata görə, Şolz: “İran hökumətinin etdikləri qəbuledilməzdir. Heç kim öz xalqına atəş açmaz lakin İran hökuməti bunu edir” -deyə bildirib.

Avropa İttifaqı Liderlər Zirvə toplantısında Ukraynaya dəstəklərini daha bir dəfə səsləndirəcəklərini ifadə edən Şolz, Ukraynanın enerji infrastrukturunun bərpası üçün maliyyə və humanitar yardımları da müzakirə edəcəklərini vurğulayıb.

Olaf Scholz, enerji qiymətlərinə yuxarı limit qoyulması mövzusunda ortaq həll yolunun tapılmasını, razılaşma əldə olunmasını arzuladıqlarını sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə