Ukrayna Baş Qərargahı yeni il üçün atəşkəsə qarşı çıxıb

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar, Yeni ildən sonra ukraynalıların yeni səfərbərliklə üzləşəcəklərinin xəbərdarlığını edib
Ukrayna Baş Qərargahı yeni il üçün atəşkəsə qarşı çıxıb

Ukrayna tərəfi yeni il üçün Ukraynada müvəqqəti atəşkəsə qarşı çıxıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Ukrayna qoşunlarının Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksiy Qromov deyib.

Qeyd edək ki, daha əvvəl Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov, Kiyevdən Yeni il atəşkəsi məsələsi ilə bağlı heç bir təklif daxil olmadığını bildirmişdi. Bundan əvvəl o, Rusiya Silahlı Qüvvələrinin qoşunlarının 2022-ci ilin sonuna qədər Ukrayna ərazisindən çıxarılmasının istisna edildiyini bildirmişdi.

O əlavə edib ki, sülhə nail olmaq üçün yeni regionların Rusiya Federasiyasına daxil olmasının yeni reallıqlarını nəzərə almaq lazımdır.

Bu arada Ukrayna müdafiə nazirinin müavini Anna Malyar, Yeni ildən sonra ukraynalıların yeni səfərbərliklə üzləşəcəklərinin xəbərdarlığını edib. Onun sözlərinə görə, hazırda Ukrayna Silahlı Qüvvələrində dəyişdirilməli olan xeyli yaralı var.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə