ABŞ Senatı yekdilliklə "milli təhlükəsizlik narahatlıqları" səbəbindən federal hökumət işçilərinə "TikTok"u hökumətə məxsus cihazlara yükləməyi qadağan edən qanun layihəsini qəbul edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, senatın Baş Assambleyası "Hökumət Avadanlıqlarında Tiktoka Yox" adlı qanun layihəsinə səs verib. Qanun layihəsi bütün senatorların “hə” səsi ilə qəbul edilib.
Sözügedən qanun layihəsi ilə federal hökumət işçilərinə "TikTok" tətbiqini dövlətə məxsus cihazlara yükləmək qadağandır. Qanun layihəsinin qanuna çevrilməsi üçün əvvəlcə Nümayəndələr Palatasında təsdiqlənməli, sonra isə ABŞ prezidenti Co Bayden tərəfindən imzalanmalıdır.
Müəllif: Ziya Hikmət oğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB