6,2 bal gücündə zəlzələ baş verib

6,2 bal gücündə zəlzələ baş verib

Tayvan adasının şərq sahilində, Hualian şəhərindən 29,1 kilometr aralıda zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, dənizin dibində 5,7 kilometr dərinlikdə baş verən 6,2 bal gücündə zəlzələnin yaratdığı təkan Taypey və şimaldakı ətraflarında, eləcə də Hualien ştatında hiss olunub.

Zəlzələ nəticəsində insan tələfatı və maddi tələfat barədə hələlik məlumat verilmir. Tayvanda, sentyabrın 18-də cənub-şərq sahilindəki Taitung şəhərində baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində bir nəfər ölüb, 164 nəfər yaralanıb.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə