Rusiyanın şəhəri üzərində hava hücumundan müdafiə sistemi işləyib
Rusiyanın Klintsi şəhəri üzərində hava hücumundan müdafiə sistemi işləyib. Bu barədə dekabrın 14-də axşam öz Teleqram kanalında Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz məlumat verib.
“Rusiya Federasiyası Silahlı Qüvvələrinin hərbçilərinin peşəkar fəaliyyəti sayəsində Ukrayna Silahlı Qüvvələrinin atdığı raketlər vurulub”, - deyə regional hakimiyyət nümayəndəsi bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, digər təfərrüatlar hazırda məlum deyil.
Qeyd edək ki, bundan əvvəl Krımın rəhbəri Sergey Aksyonov Simferopol üzərində hava hücumundan müdafiə sisteminin işlədiyini bildirib. Bundan əlavə, o, vətəndaşları sakit olmağa və yalnız rəsmi məlumat mənbələrinə etibar etməyə çağırıb.
Xatırladaq ki, fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Donbassda xüsusi əməliyyatın başladığını elan edib. Beləliklə, onun sözlərinə görə, Moskva DXR və LXR rəhbərlərinin hərbi yardımla bağlı müraciətlərinə cavab verib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB